Benzia "Qarabağ"a görə Premyer Liqa klubundan imtina etdi - yalnız bu klub üçün Azərbaycana geri qayıdacaq

13:17 - 12 Noyabr 2026

"Qarabağ"ın sabiq futbolçusu Yassin Benziya Azərbaycana geri qayıtmaq üçün təklif alıb.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqanın iddialı klublarından biri əlcəzairli futbolçuya təklif irəli sürüb.

Lakin təcrübəli futbolçu bundan imtina edib. Benzia yalnız “Qarabağ” üçün Azərbaycana geri qayıda biləcəyini bildirərək, ona təklif göndərən klubun rəsmilərinə təşəkkür edib. 32 yaşlı futbolçu “Qarabağ”dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubuna keçmişdi. İndi isə futbolçu klubsuzdur.

O, karyerası ərzində “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Dijon”, “Hatayspor”, “Dijon” klublarında oynayıb.

Xəbər xətti