Azərbaycan medal sıralamasında gerilədi - Yay Olimpiya Oyunları

11:39 - 12 Noyabr 2026

Seneqalın paytaxtı Dakarda yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunları yekunlaşmaq üzrədir.

Sportal.az xəbər verir ki, Azərbaycan komandası 12-ci yarış günündən sonra medal sıralamasında 1 pillə geriləyərək 12-ci yerə düşüb.

Komandamızın hesabında 3 qızıl, 2 gümüş medal var.

Cədvələ 28 medalla Çin yığması başçılıq edir.

Qeyd edək ki, idmançılarımızdan cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) çempion olublar, çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş mükafat əldə edib.

Yarış sabah başa çatacaq.

Xəbər xətti