"Borussiya"nın hücumçusu Joan Qadu Avropanın böyük klublarının transfer siyahısına düşüb.
Sportal.az xəbər verir ki, "Real" və PSJ fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussball News" portalı məlumat yayıb.
Almaniya klubu 19 yaşlı mərkəz müdafiəçisini qışda satmağı planlaşdırmır. Lakin 50 milyon avroluq təklif gəlsə, dəyərləndirilə bilər.
Qeyd edək ki, "Borussiya" Joan Qadunu mövsümün əvvəlində "Zalsburq"dan 19,5 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Dortmund təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi

