"Çelsi" 90 milyon avroluq transferə hazırlaşır

19:14 - 12 Noyabr 2026

İngiltərənin "Çelsi" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London nəhənginin əsas hədəfi "Bornmut"da çıxış edən Rayanı transfer etməkdir. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

"Çelsi" braziliyalı vinger üçün 90 milyon avroluq təklif göndərəcək. 20 yaşlı futbolçunun keçidi baş tutsa, "mavilər" Pedro Neto ilə yolları ayıracaqlar. 

Qeyd edək ki, "Bornmut" Rayanı bu ilin yanvarında "Vasko da Qama"dan 28,5 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə Premyer Liqada meydana çıxdığı 10 matçda 1 qol vurub.

Xəbər xətti