"Barselona" 18 yaşlı müdafiəçini transfer etmək istəyir

15:50 - 12 Noyabr 2026

"Barselona" qışda müdafiə xəttini sol ayaqlı oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Kataloniya nəhənginin əsas hədəfi "Tvente"də çıxış edən Rud Neystaddır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

"Barselona" yaxın vaxtlarda niderlandlı futbolçu üçün hərəkətə keçəcək. Klubu 18 yaşlı mərkəz müdafiəçisi üçün 20 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Rud Neystad "Tvente"nin yetirməsidir. Niderland U-21 millisinin üzvü caqri mövsümdə Enshede təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti