Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna Sergen Yalçını gətirib.

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Sergen Yalçının son iş yeri bu ilin mayında ayrıldığı "Beşiktaş" olub. O, Türkiyə yığmasında Vinçentso Montellanı əvəz edib.