Səudiyyə Ərəbistanında legioner limitinin dəyişdirilməsi imkanları nəzərdən keçirilir.
Sportal.az "The Times" nəşrinə istinadən xəbər verir ki, hazırda ölkənin Pro Liqa klublarına iştirak ərizəsinə yaş məhdudiyyəti olmadan maksimum 8 əcnəbi futbolçu və əlavə olaraq yaşı 21-dən çox olmayan 2 legioner daxil etməyə icazə verilir.
Legioner limitinin 14 və ya daha çox futbolçuya qədər artırılması müzakirə olunur.Bildirilir ki, bu cür dəyişikliklər xarici ölkələrdən, xüsusilə də Avropadan futbolçu axınının daha da artmasına səbəb ola bilər.
Liqa klubları qış transfer pəncərəsi açılana qədər legioner limiti ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyirlər.
saytlarin hazirlanmasi
