"Cavab oyununa daha ciddi hazırlaşacağıq" - "Soçi"nin baş məşqçisi

01:45 - 23 İyul 2021

Rusiyanın “Soçi” klubunun baş məşqçisi Vladimir Fedotov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Oyunun əvvəli gərgin keçdi. Rəqib güzəştə getmək istəmirdi. Sonradan təzyiqi artırdıq və standart vəziyyətdən ilk qolu vurduq. Bundan sonra vəziyyət lehimizə dəyişdi. Rəqibin qolkiperi əla oyun keçirdi. Hesabın daha da böyüməsinə imkan vermədi. Belə demək mümkünsə, möcüzə gerçəkləşdirdi, futbol qəhrəmanlığı göstərdi. Cavab oyununa daha ciddi hazırlaşacağıq. Həmin matça hələ bir həftə var. Ciddi hazırlaşacağıq. Son vuruşlar üzərində işləyəcəyik”.

Xəbər xətti