"Neftçi" heyəti gücləndirmək haqda düşünməlidi"

16:55 - 28 İyul 2021

“Neftçi” üçün böyük şansdı. Məncə, onlar “Olimpiakos”u keçəcək. Amma bu cür oyunla irəliyə getmək olmaz. “Neftçi”nin heyəti mütləq güclənməlidi”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Ramal Hüseynov deyib.
2007/2008 mövsümündə “ağ-qaralar”ın formasını geyinmiş Hüseynovun fikrincə, Yunanıstan çempionu ortabab komandadı:

 

“Olimpiakos” böyüdüləsi komanda deyil. Ortabab komandadı. O qədər də böyütməyə ehtiyac yoxdu. Amma yenə də bu oyunu fikirləşmək lazımdı. Qələbə olacağı təqdirdə isə, “Neftçi” heyəti gücləndirmək haqda düşünməlidi. Çünki bu çox önəmli məsələdi".

Xəbər xətti