Azərbaycanlı futbolçunun Yunanıstan klubuna keçidi nəyə görə alınmadı?

13:19 - 22 Sentyabr 2021

“Yunanıstan klubundan təklifim var idi. Sadəcə yəqin ki, alınmayacaq ora getməyim”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Amit Quluzadə deyib.

Azərbaycan milli komandasının sabiq üzvü Yunanıstan 1-ci divizionunda çıxış edən “Apollon Larissa”ya keçə bilərdi. Amma yarımmüdafiəçinin Yunanıstan klubuna keçidi baş tutmayacaq. O, sənəd məsələlərinə görə Larissa şəhərinə gedişinin alınmayacağını deyib:

“Əvvəllər Larissanın AEL klubunda oynamışam. Bu mənada yenidən bu şəhərə, başqa komandasına getməyə hazır idim. Mənə də təklif gəlmişdi. Sadəcə sonda keçidim baş tutmadı. Sənəd problemləri keçidimə mane oldu. Həm də əslində klub tərəfdən konkretlik olmadı. Ona görə belə də qaldı”.

Xəbər xətti