Anton oynamadı, komandası uduzdu

Polşa çempionatında 33-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb. Plotsk təmsilçisi səfərdə "Krakoviya" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Zədəli olan müdafiəçinin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

​“Visla” 33 turdan sonra 45 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Tarix: 14 May [00:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio