Millinin sabiq üzvü şəhər meri seçildi

19:53 - 27 İyun 2022

İtaliya millisinin və "Roma"nın veteran futbolçusu Damiano Tommazi Verona şəhərinin meri seçilib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, ötənlərin məşhur futbolçusu səsvermədə 54,4 faiz səs toplayıb.

O, ən yaxın izləyicisindən 7,8 faiz daha çox səs toplayaraq mer seçilmiş olub.

“Verona”, “Levante”, QPR, “Tianjin Teda”, “La Fiorita”da da oynamış Tommazi 1996-2006-cı illər arasında “Roma”da çıxış edib və 262 matça çıxaraq 14 qol vurub.

Xəbər xətti