"Neftçi" ilə oyun üçün Fransadan forvard gətirirlər

09:56 - 28 İyun 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" daha bir futbolçu transfer edəcək.

Sportal.az Kipr mətbuatına istinadən xəbər verir ki, "Genqam"ın hücumçusu Yannik Qomisi Limassol klubu ilə danışıqlara başlayıb. 30 yaşlı seneqallı forvard özü də Fransanı tərk edərək Kiprə yollanmağın əlehinə deyil.

Ötən mövsüm Liqa 2-də  35 oyuna çıxan forvard 3 qol, 3 assistlə yadda qalıb. 

​"Neftçi" "Aris"lə iyulun 21-də səfərdə, 28-də isə Bakıda qarşılaşacaq.

Xəbər xətti