Millimizin oyununu idarə edəcək hakimlər müəyyənləşib

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa və oktyabrın 11-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşmanı Qazaxıstandan, səfərdəki oyunu isə İsveçdən olan hakimlər briqadası idarə edəcək:

Azərbaycan – Polşa

7 oktaybr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Aslan Qalayev, Talqat Kosmuxambetov, Turexam Tursumbayev
Timekipper: Rza Məmmədov
Hakim-inspektor: Eichler Sven (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)

Yunanıstan – Azərbaycan

​11 oktyabr. Afina. Teodoros-Putos İdman zalı. Saat 19:00
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian
Hakim-inspektor: Vilvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Artur Admiral (Niderland)

Tarix: 4 Oktyabr [12:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio