Azərbaycan Premyer Liqası: yeni mövsümün püşkatma mərasiminin vaxtı bəlli oldu

16:55 - 7 İyul 2025

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, mərasim 18 iyul tarixində "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq. Tədbir "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

Xəbər xətti