"Neftçi"nin yeni transferi üçün ödədiyi məbləğ bəlli oldu

12:22 - 7 İyul 2025

"Neftçi"nin fransalı vinger İmad Fərəcin keçidi üçün Kiprin AEK-ə ödədiyi məbləğ bəlli olub.

Sportal.az xəbər verir ki, “Transfermarkt” “ağ-qaralar”ın 26 yaşlı futbolçu üçün 700 min avro (təxminən 1,4 milyon manat) ödədiyini qeyd edib.

Fərəcin alman portalında bazar dəyəri 1 milyon olaraq qiymətləndirilir.

“Lill”in yetirməsi olan İmad “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

Xəbər xətti