Azər Həşimov: "Legionerlərin bəziləri potensialından aşağı çıxış edir"

18:59 - 19 Sentyabr 2025

"Karvan-Yevlax" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində Şamaxı şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keeçirilən mətbuat konfrnasında jurnalistlərin suallarını cavablandırıb:

- Niyə məğlub olduz?

- Ötən turlarda olduğu kimi yenə standart vəziyyətdən qol buraxdıq. Daha sonra rəqib əks-hücumda ikinci qolu vurdu. Fasiləyə məğlub durumda yollandıq. Çalışsaq da, geridönüş edə bilmədik.

- Mikels zədələnəndən sonra oyununuz alınmır sanki. Onun yoxluğu hiss olunur?

- Bizim üçün önəmli futbolçudur. Bu gün hücum xəttində Uğur Cahangirov oynayırdı. Hələ gəncdir, Mikels kimi təcrübəli futbolçu deyil deyə, hücumda biz az çətinliklər yaşayırıq.

- Legionerlərin performansından razısız?

- Hələ 5 oyun oynamışıq. Bəziləri bir az potensialından aşağı çıxış edir. Gələcəkdə daha yaxşı olacaqlar. 3-4 legioner futbolçu var  ki, onlardan tam istədiyimizi ala bilmirik.

- Araz Abdullayevin oynamamasının səbəbi nədir?

- Zədəsi var. Məşqdə arxa əzələsindən zədə alıb. Müalicəsi davam edir. Qapıçımız da zədəlidir. Onlar sağalandan sonra daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- Nə dəyişməlidir ki, komanda yaxşı nəticələr göstərsin?

- Üç oyundur standart vəziyyətdən qol buraxırıq. Futbolçulara tapşırıq versək də, yenə qol buraxdıq. Bunun üzərində daha çox işləyəcəyik.

- Yevlax şəhər stadionu nə vaxt hazır olacaq?

- AFFA-dan gəlib stadiona baxdılar. Bəzi məslələr var ki, mənə aid deyil.  Biz də öz meydanımızda oynamaq istəyirik. Stadion tam hazır olandan sonra öz azarkeşlərimizin qarşısında oynayacağıq.

Elçin Əlixan

Xəbər xətti