İnsayder Fabrizio Romanonun məlumatına görə, “Ayaks” klubu Erik ten Haqın baş məşqçi vəzifəsinə təyinatı ilə bağlı danışıqlara başlayıb. Bu gün klub Conni Heytinqanı istefaya göndərib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın da rəqibi olan "Ayaks"Con Heytinqanın istefasından sonra Erik ten Haqla kluba mümkün qayıdışı barədə əlaqə saxlayıb.
Danışıqlar davam edir, lakin ten Haq hələlik yekun qərar verməyib. Bundan əvvəl o, ‘Vulverhempton’ rəhbərliyi ilə danışıqları davam etdirməkdən imtina etmişdi,” – deyə Fabrizio Romano bildirib.
Ten Haqın son iş yeri “Bayer” olub. O, sentyabr ayında klubdan uzaqlaşdırılıb. Buna qədər mütəxəssis “Mançester Yunayted”in baş məşqçisi idi.
saytlarin hazirlanmasi
