Flik "Barselona"nı tərk edəcək

12:49 - 5 Noyabr 2025

Alman məşqçi Hansi Flik mövsümün sonunda "Barselona"dan ayrıla bilər.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Flik artıq məşqçilər korpusuna yorğunluq səbəbindən yayda komandadan ayrılmaq niyyəti barədə məlumat verib. Həmçinin bildirilib ki, alman məşqçi bəzi oyunçuların münasibətindən məyusdur və rəhbərlikdən dəstəyin olmaması da onu təəssüfləndirib.

Flik 2024-cü ilin yayında "Barselona"ya baş məşqçi təyin edilib. O, ötən mövsüm komandaya La Liqa və Kral Kuboku qazandırıb.

Xəbər xətti