Millimizin rəqibləri bəlli oldu - DÇ-2027

17:57 - 4 Noyabr 2025

Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Xəbər xətti