"Fiorentina"nın sabiq forvardı Azərbaycanda oynaya bilər - Türkiyədən ölkəmizə gəlməyə hazırdır

13:22 - 3 Noyabr 2025

Seneqal milli komandasının hücumçusu Xuma Babakar karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.

Sportal.az saytına verilən məlumata görə,  32 yaşlı hücumçuya Premyer Liqa klublarından maraq var. Babakar özü də, Türkiyə 1-ci liqasından ayrılaraq Azərbaycana gəlməyə hazırdır. 

“Sarıyer”in formasını geyinən Xumanın əsas istəyi və şərti var, o da maliyyə məsələsidir. Onu istəyən klublarımızdan hansı daha çox pul verərsə, Xuma da bu klubun formasını geyinəcək.

Keçidin bu qış baş tutacağı gözlənilir. Seneqal millisində oynamış hücumçu “Fiorentina”, “Rasinq”, “Padova”, “Modena”, “Sassuola”, “Leççe”, “Alanyaspor”, “Kopenhagen”, “Boluspor” klublarında çıxış edib.
 

Xəbər xətti