Ronaldo ardıcıl ikinci oyunu da boykot edəcək?

22:03 - 4 Fevral 2026

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo, klubun idarə olunmasında Səudiyyə Ərəbistanının Suveren İnvestisiya Fondu (PIF) tərəfindən dəyişikliklər ediləcəyinə dair aydın zəmanət almadığı üçün ardıcıl ikinci oyunu da boykot etmək niyyətindədir.

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, yaxın həftələrdə heç bir dəyişikliklə bağlı zəmanət verilməzsə, Ronaldo iyun ayında klubdan ayrılacağını bildirib. Fevralın 6-da “Əl-Nəsr” “Əl-İttihad”la qarşılaşacaq.

Daha əvvəl Portuqaliya millisinin 40 yaşlı hücumçusu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Riyad”a qarşı oyunu (1:0) buraxmışdı. Bildirilirdi ki, o, həmin matçdan sonra keçirilən məşqdə də iştirak etməyib.

Bundan öncə Ronaldonun PIF-in klubu rəqiblərlə, xüsusilə də “Əl-Hilal”la müqayisədə necə idarə etməsindən narazı olduğu xəbər verilmişdi. Həmçinin Kriştianonun PIF-in “Əl-Nəsr”in çempionluq uğrunda mübarizəsinə mane olduğunu düşündüyü və yayda MLS-ə və ya Avropa liqasına keçmək üçün klubu tərk edə biləcəyi qeyd olunurdu. Eyni zamanda, Ronaldonun “rəqabətə zərər vurduğu” səbəbilə Kərim Benzemanın “Əl-Hilal”a keçidinə qarşı çıxdığı barədə də məlumatlar yayılmışdı.

Xəbər xətti