"Neftçi" rəsmisi: "Qarabağ"la oyunun təxirə salınması mənfi təsir göstərə bilər"

17:50 - 4 Fevral 2026

"Qarabağ" bizə müraciət etmişdi, imtina etdik".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

Klub rəsmisi "Qarabağ"la Misli Premyer Liqasındakı oyunlarının təxirə salınmasına razı olmadıqlarını təsdiqləyib:

"Komandanın hazırlıq planı var və oyunun təxirə salınması, başqa vaxta keçirilməsi bizim hazırlıq planına mənfi təsir göstərə bilər. Komandanın qarşısında hədəf var. Buna görə də, düşünürük ki, ən doğrusu matçın təqvim üzrə planlaşdırılmış vaxtda keçirilməsidir".

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu fevralın 18-də Bakı "Nyukasl"a qarşı keçirəcək. Ağdamlılar fevralın 21-də "Neftçi" ilə, 24-də İngiltərədə "Nyukasl"la üz-üzə gələcək.

Xəbər xətti