Futbolçunun bıçaqlanmasının təfərrüatı bilindi - dostunu qorumaq istəyib

17:16 - 3 Fevral 2026

“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı bəlli olub.

Sportal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib. 

Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində isə onlar xanımlarla birgə restoranı tərk ediblər. 

İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş sevgilisi onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb. V.Rzayevin dostunu qorumaq üçün özünü irəli verdiyi və bıçağın ona dəydiyi bildirilir. 

Nəticədə futbolçu ağır yaralanıb. 

Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusu Nihat Fərəcidir. Hazırda o, II Liqada mübarizə aparan “Şəki Siti” klubunda çıxış edir. 

Xəbər xətti