"Napoli"nin baş məşqçisi Antonio Konte A seriyasının 23-cü turunun “Fiorentina” ilə görüşündən(2:1) sonra sıx qrafikdən və futbolçuların həddindən artıq yüklənməsi barədə emosional danışıb.
Sportal.az “DAZN”a istinadən xəbər verir ki, italiyalı məşqçi “Napoli”nin kapitanı Covanni Di Lorentsonun matç zamanı zədələnməsinin də oyun cədvəlinin sıx olması ilə əlaqələndirib:
"Deyəcək çox sözümüz yoxdur. Oyundan- oyuna, daim istirahətə ehtiyacı olan futbolçuları meydana çıxarırıq, amma onlar bu şansı əldə edə bilmirlər. Belə olanda da, bu kimi vəziyyətlərə gətirib çıxarır. Futbolçu dövründə çarpaz bağının qopması halı ilə üzləşmişəm və bunun ciddi zədə olduğunu anlayıram. Oyunların bu qədər çox olması futbolçuları və futbolun özünü də "öldürür".
İndi heyət məhdudiyyətləri var və bizimki daha da kiçikdir, çünki gənclər akademiyasından az oyunçumuz var və sahib olduğumuz oyunçular daha tez-tez oynamaq üçün icarəyə getmək istəyirlər. Verqaranı çıxarmışıq, amma yaş məhdudiyyətləri var və ildə 60 oyun oynamalı olsaq, daha böyük heyətə ehtiyacımız var, əks halda bu əsl intihar deməkdir.
Klublar başa düşmürlər ki, bu, öz quyruğunu qovan it məsələsinə oxşayır. Bütün bu yarışlarda daha çox pul qazanmaq üçün yarışırsınız, amma bu, keçicidir, çünki nə qədər çox yarışda iştirak etsəniz, bir o qədər çox oyunçu almalı olacaqsınız, maaş xərcləri bir o qədər çox artacaq. Bunu başa düşməsələr, futbol səhv yola gedəcək və bu kimi şeylərə gətirib çıxaracaq. Mən yalnız “Napoli”dən danışmıram, mən ümumiyyətlə oyunçuları qorumaq üçün danışıram və hər kəsin klublara, liqalara, UEFA-ya və sairəyə rəğbət bəsləyərək oyunçulara arxa çevirməsi təəssüf doğurur. Bunu keçmiş oyunçu kimi deyirəm”.
Qeyd edək ki, Di Lorenzodan əlavə, "Napoli"nin heyətində Kevin De Bruyne, Amir Rahmani, Matteo Politano, Frank Anqissa, Paskual Mazzoççi, Vanya Milinkovic-Saviç, Billi Gilmur və David Neres də zədəlidir.
saytlarin hazirlanmasi
