"Everton"un Cek Qriliş planı

13:55 - 3 Aprel 2026

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli futbolçunu növbəti mövsüm üçün komandada saxlamaq niyyətindədir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Lakin klub oyunçunun təxminən 57,5 milyon avro dəyərində satınalma məbləğini ödəmək imkanına malik deyil. Bu səbəbdən "Everton" "Mançester Siti" ilə icarə müqaviləsinin uzadılması üçün danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində icarəyə götürüb. 30 yaşlı vinger komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti