Sosial şəbəkələrdə Azərbaycan millisinin futbolçularına Litva üzərində 1:0 hesablı qələbəyə görə 10 min manat mükafat veriləcəyi ilə bağlı məlumat yayılıb.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, iddialara əsasən, oyunda sonradan meydana çıxanlar müəyyən edilmiş məbləğin 75 faizini, matçı ehtiyat skamyasından izləyənlər isə 50 faizini alacaqlar. Bu xəbərlər həqiqəti əks etdirmir. Mükafat olacaq, o da bir halda.
Komanda noyabrda Lixtenşteyndə keçiriləcək son turun matçında da 3 xal əldə edərsə, bax onda! Həmin vaxt AFFA tərəfindən ödəniləcək məbləğin adambaşına düşən hissəsi isə kfiayət qədər yüksək olacaq.
Hər futbolçuya minimum 40 min manat veriləcək. Bu rəqəmin daha 10 min artırılması da mümkündür.
Komandamızın hazırda UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda beş xalla liderdir. Aktivində dörd xal olan Litva ikinci, Lixtenşteyn isə bir xalla üçüncüdür.
saytlarin hazirlanmasi
