"Beşiktaş"ın təklifindən imtina etdi

13:47 - 7 Oktyabr 2026

"Beşiktaş”ın transfer etmək istədiyi Pedro Gilyerme Santosdan müsbət cavab almayıb.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Flamenqo”nun 29 yaşlı hücumçusu İstanbul klubunda oynamaq istəməyib.

Braziliyalı mərkəz hücumçusu “Ayaks”ın təklifini dəyərləndirmək niyyətindədir.

Onun “Flamenqo” ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

Pedro buna qədər “Fluminense” və “Fiorentina” klublarında oynayıb.

Xəbər xətti