"Sabah" Çempionlar Liqasının ilk matçında məğlub oldu

23:53 - 6 Oktyabr 2026

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada “Ritas”a qarşı keçirib.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 82:73.

Xatırladaq ki, A qrupunda Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” klubları da yer alıblar.

Xəbər xətti