Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov Almaniyada keçiriləcək “Grenke” şahmat festivalında iştirak edəcək.
Sportal.az xəbər verir ki, turnir 2-6 aprel tarixlərində Karlsruedə təşkil olunacaq.
Nüfuzlu və ənənəvi beynəlxalq yarışa üçqat Avropa çempionumuzdan savayı, dünya çempionu, FİDE reytinqinin lideri Maqnus Karlsen də qatılacaq.
saytlarin hazirlanmasi
