5 futbolçu Türkiyə millisinin tarixi oyununda iştirak etməyəcək

17:20 - 31 Mart 2026

Türkiyə milli komandası dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off mərhələsinin final görüşündə Kosovo ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, 5 futbolçu Priştinada keçiriləcək tarixi oyunda iştirak etməyəcək.

Müdafiəçi Merih Demiral zədəlidir. Qapıçı Muhammed Şengezer, müdafiəçilər Ahmedcan Kaplan və Mustafa Eskihellaç, vinger Oğuz Aydının adını isə baş məşqçi Vinçentso Montella matçın iştirak ərizəsinə daxil etməyib.

Kosovo - Türkiyə qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:45-də "Fadil Vokrri" Stadionunda keçiriləcək.

Qeyd edək ki, Türkiyə yığması sonuncu dəfə 2022-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialda iştirak edib. DÇ-2026-nın final mərhələsi isə ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Xəbər xətti