İngiltərə millisinin keçmiş hücumçusu Cermeyn Defo “Uokinq”in baş məşqçisi təyin edilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Beşinci divizionda mübarizə aparan klub onunla 2illik müqavilə imzalayıb.
Defo təyinatı ilə bağlı bunları deyib: “Uokinq” böyük tarixə və böyük potensiala malik klubdur. Bu layihənin bir hissəsi olduğum üçün çox həyəcanlıyam. Başlamağı səbirsizliklə gözləyirəm!”.
O, futbolçu kimi "Vest Hem Yunayted", "Tottenhem", "Portsmut", "Sanderlend", "Reyncers" kimi klublarda oynayıb. Bu, Defonun baş məşqçi kimi ilk işi olacaq.
saytlarin hazirlanmasi
