Fransa millisinin üzvü "İnter"ə keçə bilər

23:28 - 27 Mart 2026

"Roma"nın yarımmüdafiəçisi Manu Kone A Seriyasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "İnter" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Paytaxt klubunu Kone üçün tələb edəcəyi məbləğ məlum olub. Belə ki, "canavarlar" 24 yaşlı oyunçuya 40 milyon avro qiymət qoyublar.

Qeyd edək ki, "Roma" Manu Koneni 2024-cü ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti