Ziko Neymarın Braziliya millisində yer alması ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Neymar hazırda "Santos"da çıxış edir və Karlo Ançelottinin rəhbərlik etdiyi millinin son heyətinə düşməyib.
Ziko bildirib ki, milli komandaya çağırış zamanı əsas meyar sabitlik olmalıdır: oyunçunun son aylarda nə qədər oynadığı və fiziki vəziyyəti. O, Neymara nümunə kimi keçmiş karyerasını da xatırladıb, zədəyə görə 1986 Dünya Çempionatını buraxdığını deyib.
“Əsas məsələ Ançelottinin nə düşündüyüdür. O, onu çağırmaya da bilər. Kənardan danışmaq asandır. Hər birimizin öz milli komandası var,” – deyə Ziko bildirib.
O həmçinin qeyd edib ki, Lionel Messi və Kriştiano Ronaldo kimi oyunçularla müqayisədə Neymarın istedadının eyni səviyyədə olduğunu, amma onların daha peşəkar sabitliyə sahib olduqlarını vurğulayıb.
saytlarin hazirlanmasi
