Florentino Peres "Real"da Vinisius Juniorun müqaviləsinin uzadılmasında şəxsən maraqlıdır.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klub prezidenti son aylarda braziliyalı vingerlə yeni müqavilə bağlanmasını aktiv şəkildə dəstəkləyib və onun mümkün qədər tez razılığa gəlməsini istəyir. Lakin son qərar futbolçunun özündən asılıdır.
25 yaşlı oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki,bu mövsüm Vinísius Junior “Real”ın heyətində bütün turnirlərdə 43 oyunda 17 qol və 13 assist edib.
saytlarin hazirlanmasi
