"Bu, iki ölkə arasındakı gərginliyi azaldacaqsa, medalları Mərakeşə göndərəcəyimə söz verirəm"

20:51 - 22 Mart 2026

Seneqal milli komandasının və “Everton”un futbolçusu İdrissa Gueye Afrika Futbol Konfederasiyasının (CAF) Seneqal milli komandasının Afrika Millətlər Kubokunun finalında Mərakeşlə matçdakı (0:3) qələbəsini ləğv etmək qərarına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "Canal+" telekanalına danışan yarımmüdafiəçi hazırkı vəziyyətə görə iki ölkə arasında gərginlik baş verdiyini etiraf edib.

O, millinin bütün üzvlərindən qızıl medalları toplayaraq, Mərakeşə göndərməyə hazır olduğunu deyib.

"Biz Afrika çempionu olmağa layiq idik. Bizim üçün Afrika çempionu olaraq qalırıq, heç nə dəyişmir. Bu açıqlama sadəcə diqqəti yayındırmaq, bəlkə də Afrikanı bölmək cəhdidir. Əgər bu, mənim ixtiyarımda olsaydı, federasiyaya apelyasiya verməməyi deyərdim. Əgər bu, iki ölkə arasındakı gərginliyi azaldacaqsa, şəxsən mən medalları toplayaraq Mərakeşə göndərəcəyimə söz verirəm".

Qalmaqallı finalda Seneqal qalib gəlmişdi. Lakin qələbənin sonradan Mərakeşə verilməsinə görə Seneqal Futbol Federasiyasının (FSF) İdman Arbitraj Məhkəməsinə apelyasiya şikayəti ünvanlayıb.

Xəbər xətti