Vincent Kompani "Bavariya"nın Bundesliqada mövsüm üzrə qol rekordu (101 qol) ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, hazırda Münhen klubunun hesabında 27 turdan sonra 97 qol var. Komanda son oyunda "Union"(Berlin-i 4:0 hesabı ilə məğlub edib.
“Mən belə rekordlar haqqında danışmağı sevən məşqçilərdən deyiləm. Bu, məni o qədər də maraqlandırmır.
Düşünürəm ki, biz bu rekordu qıracağıq, amma mənim üçün daha vacib olan başqa şeylərdir. Komandamızın güclü tərəflərini unutmamaq və rəqibdən asılı olmayaraq bunu meydanda göstərmək,” – deyə Kompani bildirib.
saytlarin hazirlanmasi
