Arne Slot "Liverpul"-un "Brayton"a 1:2 hesablı məğlubiyyətindən sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:
“‘Liverpul’da həm mən, həm də oyunçular üzərində həmişə təzyiq var, bu, tam normaldır. Biz İngiltərə Kubokunda və Çempionlar Liqasında 1/4 finaldayıq, liqada da məqsədimiz həmin turnirə vəsiqə qazanmaqdır.
“Brayton” səfərdə həmişə çətin rəqib olub və belə də qalacaq, xüsusilə də bu keyfiyyətdə oyunçular transfer etməyə davam etsələr. Məsələn, ötən həftə "Tottenhem" ilə oyunda son dəqiqəyə qədər öndə olsaq da, qələbə qazana bilmədik. Amma “Liverpul” kimi klub belə səfərlərdə nəticə qazanmalıdır.
Bu oyundan əvvəl də işlər istədiyimiz kimi getmədi – Galatasaray ilə yaxşı oynadıq, amma sonra Muhammed Salah və Alisson Beker zədələndi, oyunun əvvəlində isə Uqo Ekitike də sıradan çıxdı.
İkinci hissəyə baxsaq, “Brayton” qələbəyə layiq idi. Birinci hissə isə bərabər keçdi. Biz hesabı bərabərləşdirməyə yaxın olduq, amma rəqib üçüncü qola bizdən daha yaxın idi."
saytlarin hazirlanmasi
