Zədələnərək oyunu tərk edən futbolçu millinin oyunlarına qatılacaq

00:38 - 22 Mart 2026

Hugo Ekitikenin zədəsinin çox ciddi olmadığı məlum olub.

Sportal.az xəbər verir ki, Liverpul hücumçusu "Brayton"la 31-ci tur Premyer Liqa matçında (1:2) 8-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.

"L’Equipe"in məlumatına görə, bu zədə Fransa millisinin mart toplanışına qoşulmasına mane olmayacaq. 26 martda Dide Deşamın komandası Braziliya ilə yoldaşlıq matçı keçirəcək, 29 martda isə Kolumbiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti