"Harri Keyn üçün 150 milyon avro ödəyərəm"

23:31 - 20 Mart 2026

"Bavariya"nın əfsanəvi futbolçularından olan Uli Hyöness Münhen təmsilçisinin hücumçusu Harri Keyn haqda danışıb.

Sportal.az xəbər verir ki, veteran vinger ingiltərəli forvard haqda xoş sözlər səsləndirib:

"Bir çox insan Harri Keyn üçün ödədiyimiz 100 milyon avronun çılğınlıq olduğunu bildirmişdi. Mən də elə düşünürdüm. Amma bu gün onun üçün 150 milyon avro ödəyərəm. Harri Keyn qlobal simvoldur. Çox yaxşı xarakteri var. O, 18 yaşlı gənc oyunçularımız üçün nümunədir".

Qeyd edək ki, "Bavariya" Harri Keyni 2024-cü ilin yayında "Tottenhem"dən transfer edib. 33 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 135 rəsmi matçda 132 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti