"Araz-Naxçıvan"ın iki futbolçusu milli komandaya dəvət edilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kristian Avram və Felipe Santos yığma komandalarının düşərgəsinə yollanacaq.
Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprə qarşı keçiriləcək matçda iştirak etmək şansı var.
Felipe Santos isə Benin millisinin heyətinə martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.
saytlarin hazirlanmasi
