“Qarabağ”ın qapıçısı Mateuş Koçalski Polşa milli komandasının qarşıdan gələn təlim-məşq toplanışına dəvət ediləcək.
Sportal.az “TVP Sport”a stinadən xəbər verir ki, Polşa millisinin çalışdırıcısı Yan Urban Koxalskini DÇ-2026-nın seçmə mərhələsinin pley-off görüşləri üçün heyətə daxil edəcək. O, 4 qolkiperdən biri olacaq.
Polşa millisi martın 26-da Albaniya ilə yarımfinal görüşünə çıxacaq. Əgər qalib gəlsələr, polşalılar DÇ-yə vəsiqə qazanmaq üçün Ukrayna-İsveç matçının qalibi ilə üz-üzə gələcək.
Həmin final isə martın 31-nə təsadüf edəcək.
