A Seriyasına yüksələn ilk klub bəlli oldu

20:50 - 1 May 2026

İtaliya A Seriyasına yüksələn ilk klubun adına aydınlıqq gəlib.

Sportal.az xəbər verir ki, "Venetsiya" elitaya vəsiqəni təmin edib.

Covanni Stroppanın rəhbərlik etdiyi kollektiv B Seriyasının 37-ci turunda səfərdə "Spetsiya" ilə 2:2 hesablı heç-heçə edib. Komanda mövsümün bitməsinə bir tur qalmış 3-cü pillədə yer alan "Montsa"dan 4 xal öndədir.

Qeyd edək ki, "Venetsiya" 2021/2022 mövsümündə A Seriyasını tərk etmişdi.

Xəbər xətti