"Yuventus" yeni mövsüm üçün heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Turun təmsilçisi 11 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bunlar Mattia Perin, Joao Mario, Federiko Qatti, Xuan Kabal, Andrea Kambyaso, Tyon Koopmeyners, Vasiliye Adziç, Edon Jeqrova, Conatan Devid, Lois Openda və Arkadiuş Milikdir. Baş məşqçi Luçano Spaletti adıçəkilən oyunçuların performansından məmnun deyil.
Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 34 turdan sonra 64 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
