Cinsi zorakılıq ittihamı ilə UEFA hakimi saxlanıldı - Böyük Britaniyada skandal

00:29 - 30 Aprel 2026

DÇ-2026 matçlarında işləməli olan hakimlərdən biri Böyük Britaniyada yeniyetməyə qarşı seksual zorakılıq şübhəsi ilə həbs edilib.

Sportal.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, təxminən 30 yaşlarında olan xarici hakim Avropada keçirilən klub turniri matçından sonra otelə qayıdarkən UEFA həmkarlarının iştirakı ilə saxlanılıb. Daha sonra o, girov müqabilində azad edilib.

The Sun xəbər verir ki, saxlanılan hakim oteldə tanış olduğu bir oğlan uşağına onun iradəsinə zidd şəkildə toxunmaqda və onu öz otağına aparmağa cəhd etməkdə ittiham olunur.

Hakimin DÇ-2026 oyunlarında işləməli olduğu bildirilirdi, lakin ittihamlar fonunda araşdırma başa çatana qədər vəzifəsindən uzaqlaşdırılıb.

Xəbər xətti