Ukrayna millisinin qapıçısı razılıq verdi – yayda Premyer Liqa klubuna keçə bilər

12:36 - 28 Aprel 2026

Ukrayna millisinin qolkiperi Georgi Buşana Azərbaycan klubunun maraq göstərməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, hələ ki adı açıqlanmayan Premyer Liqa klubumuz ukraynalını razı salmağı bacarıb.

Belə ki, Buşan yaydan sonra Azərbaycanda oynamağa hazırdır. Son anda hansısa problem çıxmasa, “Əl-Şabab”ın qapıçısını yaydan sonra ölkəmizdə görəcəyik.

31 yaşlı qolkiper müqavilə ilə “Əl-Şabab”a məxsus olsa da, icarə əsasında “Polessye”nin qapısını qoruyur.
 

Xəbər xətti