"Karvan-Yevlax"ın futbolçusu Coy Slayd Mikels Sportal.az saytına açıqlama verib.
Almaniyalı futbolçu komandasının Misli Premyer Liqasının 29-cu turunda "Sabah"a qarşı keçirəcəyi görüşündən bəhs edib.
Bununla yanaşı, alman vinger komandasının Premyer Liqada qalmaq uğrunda göstərdiyi mübarizə haqda danışıb:
"Kəpəz"lə görüşdə yaxşı performans göstərərək, qalib gəldik. Təbii ki, indi daha yaxşı motivasiyaya sahibik. Növbəti turda "Sabah"la qarşılaşacağıq. "Sabah" Premyer Liqanın zirvəsində olmağa layiqdir. Bu, ilin ən stabil və ən yaxşı komandasıdır. Buna şübhə yoxdur. Hər şeyi verməyə hazırıq. “Sabah” üçün, yəqin ki, iki oyun üst-üstə qazanan, Premyer düşməmək uğrunda ilə mübarizə aparan komandadan daha rahat rəqiblər var. Matçın uzun müddət gərgin keçəcəyinə, bəlkə də kiçik bir möcüzəyə ümid edirik".
Mikels Premyer Liqada qalmaq üçün sona qədər mübarizə aparacaqlarını dilə gətirib: "Futbolda adətən ən aydın və çevik zehnə malik komanda qalib gəlir. Qələbə həmişə xoşdur. Ümid edirik ki, bu inamı növbəti matçlara da daşıyacağıq. Dediyim kimi, futbolda psixoloji aspekt çox vacibdir. Özünüzü yaxşı hiss edirsinizsə, daha yaxşı oynayırsınız".
Mirbağırağa
