"Final haqqında düşünmək hələ tezdir, amma kuboku qazanmaq istəyirəm" - "Sabah"ın legioneri

11:34 - 23 Aprel 2026

“Qarabağ”a qarşı oyunumuz yenə də çətin alındı. Başqa cür ola bilməzdi. Finala çıxdığımız üçün hamı xoşbəxtik və sevinirik”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Sabah”ın qapıçısı Stas Pokatilov deyib. Qazax qolkiper “Qarabağ”ın son dəqiqələrdə penalti tələb etdiyi epizodu da şərh edib:

“Qısa olaraq izlədim. Bu, hakimin qərarıdır və biz qaydaların nə dediyinə baxmalıyıq. Amma bu, mənim işim deyil. "Qarabağ"ın təkcə bizimlə oyununda deyil, digər matçlarda da hansısa epizodu mediada geniş yayılır. Elə hiss olunur ki, sanki dünyanın sonudur. Lakin digər komandalara qarşı oyunlarda onlar çox vaxt susurlar. Ədalətli rəqabət istəyiriksə, obyektiv olmalıdır".

Pokatilov ölkə kubokunun finalında “Zirə”yə qarşı keçirəcəkləri matç haqda da fikirlərini bildirib: “Final haqqında düşünmək üçün hələ tezdir. Əvvəlcə “Karvan-Yevlax”la liqa matçı var. Bütün fikirlərim bu matçla bağlıdır. Çempion olmaq və Kuboku qazanmaq istəyirəm. Amma hər şeyin öz vaxtı var”.

Xəbər xətti