"Qəbələ" ilə oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə qazanmaq istəyirdik. Sonda bir xal qazandıq. Biz komanda olaraq daha da birləşməliyik. Ancaq belə olarsa, vəziyyəti dəyişə bilərik. Çalışırdıq ki, çox diqqətli oynayaq. Birinci qolu vurduqdan sonra oyun daha da çətin keçir. Premyer Liqada matçlar asan deyil. Ən azından bir xal qazandıq. Daha dörd oyunumuz var. Əlimizdən gələni edəcəyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın legioneri Felipe Santos deyib.
Braziliyalı futbolçu komandasının bu mövsümkü çıxışını dəyərləndirib:
"Çempionatda çox yaxşı komandalar var. Hamı bilir ki, biz də yaxşı komandayıq. Ona görə də mövsüm çətin keçir. Hələ mövsüm başa çatmayıb. Daha dörd oyunumuz var. Biz bu formanı sona qədər ən yaxşı şəkildə saxlamağa çalışacağıq".
O, yeni mövsümdə "Araz-Naxçıvan"da qalmaq istədiyini etiraf edib: "Qarşıda "Araz-Naxçıvan"ın formasında daha 4 oyunum olacaq. Bu klubun formasını geyinmək mənim üçün şərəfdir. Müqaviləm hələ ki davam edir. Hələ ki qarşıdakı 4 oyunu fikirləşməliyəm. Qalsam, xoşbəxt olaram. Qalmasam belə, bu mövsüm komanda üçün əlimdən gələni etdim. Yeni müqavilə haqda klub rəhbərliyi ilə danışmamışam. Amma qalsam, xoşbəxt olaram. Bu illərdə komanda üçün əlimdən gələni etmişəm".
Mirbağırağa
saytlarin hazirlanmasi
