"Neftçi" Misli Premyer Liqasının 29-cu turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığını başa vurub.
Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Breno Almeyda cəzalı olduğu üçün bu görüşü buraxacaq. Eyni səbəbdən baş məşqçi Yuri Vernidub və köməkçisi Dmitro Kara-Mustafa texniki zonada olmayacaqlar.
Qeyd edək ki, aprelin 26-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.
saytlarin hazirlanmasi
